• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycan Prezidenti: Alüminium istehsalı 100 min tona çatdırılmalıdır

CƏMİYYƏT

22 Sentyabr 2026 | 14:33 | Müəllif: Əli Hüseynov

Azərbaycan Prezidenti: Alüminium istehsalı 100 min tona çatdırılmalıdır

“Əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

    “Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət, dediyim kimi, 2030-cu ilin sonuna qədərdir. Burada da bir neçə zavod yaradılacaq və bu barədə bizə indi məlumat veriləcək”, - Prezident qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR