İstanbulda bir yük maşınında 224 kiloqram sintetik narkotik maddə müsadirə edilib.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi Narkotik Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi məlumat yayıb.
Bildirilib ki, şöbə narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti cinayətinin qarşısını almaq məqsədi ilə əməliyyat keçirib.
Əməliyyat zamanı 2 nəfər saxlanılıb və nəqliyyat vasitəsi müsadirə edilib.
Gülşən Şərif
















