• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Meymun 91 yaşlı qadının HƏYATINA SON QOYDU

DÜNYA

22 Sentyabr 2026 | 14:29 | Müəllif: Günəş Mərd

Meymun 91 yaşlı qadının HƏYATINA SON QOYDU

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın evinin həyətində meymunun hücumuna məruz qaldıqdan bir gün sonra vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, NDTV-nin məlumatına görə, hadisə Koppal şəhərində baş verib. Məşhur yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcəmunnisa Bequm evinin həyətində gəzərkən qəfildən meymun ona hücum edib. Qadın hücum nəticəsində yerə yıxılıb.

Bequmun qızı anasına kömək etmək üçün hadisə yerinə qaçarkən meymun ona da hücum edib. Yaşlı qadın daha sonra özəl klinikaya çatdırılıb. Həkimlər ilkin olaraq onun vəziyyətinin yaxşılaşdığını bildiriblər.

Lakin ertəsi gün qadının vəziyyəti qəfil pisləşib. Onun ürəyi dayanıb və aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Məlumata görə, bu, bölgədə son günlərdə qeydə alınan üçüncü ölümcül meymun hücumudur. Sentyabrın 10-da Aligarh şəhərində 55 yaşlı qadın meymunlardan qaçarkən damdan yıxılaraq ölüb. Sentyabrın 14-də isə Şimlada oxşar hadisə baş verib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR