• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Çindən inqilabi layihə: 120 min tonluq uçan kosmik təyyarə...

DÜNYA

22 Sentyabr 2026 | 08:22 | Müəllif: Ayyət Əhməd

Çindən inqilabi layihə: 120 min tonluq uçan kosmik təyyarə...

Çin dünyanın ən böyük hərbi gəmisi- uçan kosmik təyyarədaşıyan gəmi layihəsini təqdim edib.

Bakıvaxtı.az "actu.fr"ə istinadən xəbər verir ki, "Luanniao" adlanan bu təyyarədaşıyan gəmi stratosferdən döyüş təyyarələrini buraxa bilən mobil hava bazası kimi təqdim olunur. 120 min tonluq "Luanniao" 88 döyüş dronu daşıya bilər.

Bu gəmi 242 metr uzunluğunda və  684 metr enində nəhəng boz üçbucaq formasında olacaq. Təyyarədaşıyan gəmi həmçinin sərt hava şəraiti və tutucu raketlərdən kənarda qalacaq.

Bir sözlə, Çin hakimiyyətinin fikrincə, bu gəmi dünyanın ən böyük döyüş gəmisi olacaq və 20-30 il ərzində istifadəyə veriləcək. Bu, idiyə qədər istehsal olunmuş ən böyük təyyarədən 200 dəfə güclü olacaq.

Çin bu layihə ilə hava strategiyasında və qlobal güc balansında inqilab edəcək. Britaniyalı tədqiqatçı Peter Layton iddia edir ki, 120 min ton ağırlığında kosmosun kənarına uçmaq üçün çoxlu miqdarda yanacaq və hələ mövcud olmayan hərəkətverici qüvvə sistemi tələb olunacaq :

"Həqiqətən də, onun 1700 qırıcı təyyarə mühərrikinə bərabər gücə malik olması lazımdır ki, bu da indiyə qədər istehsal olunmuş ən böyük təyyarə olan « An-225 »-in güc çıxışından 200 dəfə çoxdur".

Qeyd edək ki, "Luanniao" Tayvan və Cənubi Çin dənizi kimi həssas ərazilərdə güc nümayiş etdirmək üçün bir vasitə kimi düşünülür.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026