• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Daha üç cüdoçumuz veteranlar arasında medal qazandı

İDMAN

21 Sentyabr 2026 | 21:35 | Müəllif: Subhan Mahmudov

Daha üç cüdoçumuz veteranlar arasında medal qazandı

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR