Qlobal iqtisadiyyat davamlı inflyasiya, artan borc xidməti xərcləri və süni intellektə (Sİ) investisiyalar kimi risklərlə üzləşib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunun xüsusi sessiyasında çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva deyib.
O, bildirib ki, problemin tez bir zamanda həlli gözlənilmir. Bu, o deməkdir ki, bir çox mərkəzi bank pul siyasətini sərtləşdirməlidir.
"Qiymət sabitliyinin təmin edilməsi uğrunda mübarizə xərclərin artmasına və borcların ödənilməsində çətinliklərə səbəb olub. Fiskal konsolidasiyaya ehtiyac geniş şəkildə qəbul edilir, lakin kifayət qədər tədbir görülmür", - BVF rəhbəri qeyd edib.
Georgieva vurğulayıb ki, BVF-nin oktyabr ayında dərc edəcəyi yeni qlobal iqtisadi proqnozda davam edən yüksək risklər nəzərə alınacaq.
Gülşən Şərif
















