• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ərdoğan 2028 seçkilərinə gedəcək? - Türkiyədə kritik sual

SİYASƏT

21 Sentyabr 2026 | 13:11 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan 2028 seçkilərinə gedəcək? - Türkiyədə kritik sual

“Bu gün Türkiyədə müzakirə olunan əsas məsələlərdən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli Türkiyədə növbəti prezident və parlament seçkilərinin 16 aprel 2028-ci ildə keçirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, seçkilərin 2028-ci il mayın 14-də keçirilməsinin planlaşdırıldığı bildirilir:

"Lakin bu tarix hələ rəsmi şəkildə dəqiqləşdirilməyib. Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkilərində yalnız seçkilər vaxtından əvvəl keçirilərsə iştirak edə bilər. Bu səbəbdən hakimiyyətdə olan partiya seçkiləri bir qədər önə çəkmək istəyir. Lakin bunun baş tutub-tutmayacağı məlum deyil”.

Samir Əsədli, siyasi şərhçi

Müsahibimizə görə, keçirilən rəy sorğuları göstərir ki, müxalifət namizədlərinin Ərdoğana nisbətən seçkiləri qazanmaq şansları daha yüksəkdir. Siyasi şərhçi hüsab edir ki, bu sırada İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdəki sədri Əkrəm İmamoğlunun, Ankaranın bələdiyyə sədri Mənsur Yavaşın vəyeni yaradılan partiyanın sədri Özgür Özəlin adını çəkmək olar.

“Göründüyü kimi qardaş ölkəni gərgin siyasi mübarizə gözləyir, amma son söz yenə də Türkiyə xalqınındır", - Samir Əsədli əlavə edib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident və parlament seçkilərinin 16 aprel 2028-ci ildə keçirilməsi təklif olunur. Bu ssenari reallaşarsa, Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən və sonuncu dəfə prezidentliyə namizəd olmasına hüquqi imkan yarana bilər.

Bu təkliflə Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum çıxış edib. Uçum bildirib ki, mövcud qanunvericiliyə əsasən Türkiyədə növbəti prezident və parlament seçkilərinin normal tarixi 7 may 2028-ci ildir. Lakin Türkiyə Böyük Millət Məclisi seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, səsvermə bir neçə həftə əvvələ çəkilə bilər. Onun sözlərinə görə, bunun üçün parlament 2028-ci ilin fevralında seçkilərin yenilənməsi barədə müvafiq qərar qəbul etməlidir. Bu addım Ərdoğanın yenidən namizədliyinə də hüquqi imkan yarada bilər. Türkiyə Konstitusiyasının 116-cı maddəsinə görə, prezidentin ikinci səlahiyyət müddətində parlament seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezident bir dəfə də namizəd ola bilər.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026