• Bakı 22° C

    5.14 m/s

Məmmədəli Mehdiyev dünya çempionu oldu

İDMAN

20 Sentyabr 2026 | 21:44 | Müəllif: Əli Hüseynov

Məmmədəli Mehdiyev dünya çempionu oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026