• Bakı 22° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Sabah"ın Çempionlar Liqasındakı matçları ilə bağlı məlumat

İDMAN

21 Sentyabr 2026 | 20:00 | Müəllif: Subhan Mahmudov

"Sabah"ın Çempionlar Liqasındakı matçları ilə bağlı məlumat

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına vahid biletlər satışa çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

Azarkeşlər bir bilet əldə etməklə Bakı Olimpiya Stadionunda komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi dörd qarşılaşmanı canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.

Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilib.

Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin "iTicket.AZ" mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.

Qeyd edək ki, "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR