Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb.
Bu barədə Bakıvaxtı.az-a cavab olaraq Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Siyahıya Beynəlxalq Cüdo Federasiyasının (İJF) Qaçqınlar komandası da daxil edilib. Həmin kollektivlə birlikdə say 96 olub.
İdmançıların sayı isə hələlik 643-dür.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
















