Azərbaycanda sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilsə də, səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı və zəif duman olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə olunacaq.
Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlıq ərazilərdə gecə 8-13° isti, gündüz isə 20-25° isti olacaq.
















