• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Nazir Rusiyanı hədələdi: “Hamınızı öldürəcəyik”

DÜNYA

21 Sentyabr 2026 | 16:52 | Müəllif: Əli Hüseynov

Nazir Rusiyanı hədələdi: “Hamınızı öldürəcəyik”

Estoniyanın müdafiə naziri Martin Herem ölkəsinin Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Herem Estoniya Elmlər Akademiyasının prezidiumunun iclasında çıxışı zamanı ölkəsinin Rusiya ilə təkbaşına mübarizə apara biləcəyini deyib.

Nazirin sözlərinə görə, Rusiya Estoniyanın sərhədini keçəcəyi təqdirdə, Estoniya ordusu buna qarşı hərbi cavab verəcək.

“Estoniya təkbaşına Rusiyaya qarşı mübarizə apara bilər. Sərhədi keçsəniz, hamınızı öldürəcəyik”, – deyə Herem bildirib.

O, həmçinin Rusiyanın hərbi infrastrukturuna zərbə endirilə biləcəyini söyləyib. Heremin sözlərinə görə, Estoniyaya 50-100 kilometr məsafədən hücum ediləcəyi təqdirdə cavab zərbələri Rusiya ərazisindəki İvanqorod, Peçorı və digər istiqamətlərə yönələ bilər.

Estoniyalı nazir çıxışında Rusiyanın parçalanaraq bir neçə müstəqil dövlətə çevrilməli olduğunu da bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR