Çinli alimlər ilk dəfə olaraq, Cənubi Çin dənizində 10 metr dərinlikdə perovskit günəş modullarını uğurla sınaqdan keçiriblər.
Bakıvaxtı.az "BBC"yə istinaən xəbər verir ki, sistem elektrik enerjisi istehsal edə, batareyaları doldura və LED paneli işlədə bilib.
Bu inkişaf sualtı robotlar, sensorlar və digər cihazlar üçün muxtar enerji mənbələri üçün əsas ola bilər. Komanda təxminən 1,96 elektron volt geniş zolaq boşluğuna malik qurğuşun halid perovskit fotovoltaiklərindən istifadə edib.
Tədqiqatçıların həll etməli olduğu əsas problem sualtı günəş işığının spektrinin kəskin şəkildə dəyişməsi olub.
Yunnan Universitetinin professoru Çjan Venhua bildirib ki, əvvəlki sualtı günəş batareyaları çox dayaz dərinliklərdə, cəmi 2 metrə qədər işləyirdi. Lakin son tədqiqat təxminən 10 metr dərinlikdə sualtı günəş batareyalarının işini nümayiş etdirən ilk işdir.
Gülşən Şərif
















