Rusiyanın Əməkdar artisti Dima Bilan ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu, hazırda Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenkonun "Instagram"dakı paylaşımına rəy yazıb.
Bakıvaxtı.az-ın məlumatına görə, sözügedən paylaşım yeniyetmə idmançının Ankarada fiqurlu konkisürmə üzrə ISU Qran-pri yarışının gənclər mərhələsindəki çıxışına həsr olunub.
"Saşa, təmkinli ol! Hər şey hələ yeni başlayır, qarşıda böyük təcrübə və daha çox qələbələr var. Hələlik isə bunlar həyat dərsləridir", - deyə D.Bilan idmançıya öz mənəvi dəstəyini ifadə edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası Aleksandr Plyuşenkonun Azərbaycan milli komandasına keçidini rəsmən təsdiqləmişdi.
















