Çinin cənubundakı Quanqdonq əyalətinin Foşan şəhərində tekstil fabrikində baş verən yanğın nəticəsində ən azı 8 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verib.
Yanğının baş verməsinin səbəbi açıqlanmayıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Dövlət qurumları tərəfindən əlavə məlumat açıqlanmayıb.
Gülşən Şərif
















