• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”

SİYASƏT

21 Sentyabr 2026 | 10:46 | Müəllif: Əli Hüseynov

“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”

“Bəzi məsələlər var ki, onu aidiyyəti qurumlara desək də həll olunmur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“65 yaş məsələsi çox ciddi problemə çevrilib. Əgər şəhid ailə üzvlərinin 65 yaşı tamam olubsa, o, Vətən üçün qəhrəman yetişdirib, onun 1 il əlavə işləməsi üçün ailə üzvü özü müraciət etməməlidir. Aidiyyəti qurumlara müraciət etdik, amma mən özüm də utandım. Düzdür, qurumlar müraciətə operativ yanaşdı, amma dərsə 1 gün qalmış şəhid anası bildi ki, ona dərs saatı verməyiblər”, - deputat bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026