• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

10 illik təcrübə nəticə vermədi: Cazibə qüvvəsi...

DÜNYA

21 Sentyabr 2026 | 14:09 | Müəllif: Günəş Mərd

10 illik təcrübə nəticə vermədi: Cazibə qüvvəsi...

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) fizikləri cazibə qüvvəsinin fundamental sabiti olan “böyük G”ni ölçmək üçün 10 il davam edən təcrübənin nəticələrini açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, fizik Stephan Schlamminger və həmkarları nəticələrin obyektivliyini qorumaq üçün məlumatların bir hissəsini gizli rəqəmlə dəyişib və həmin rəqəmi möhürlənmiş zərfdə saxlayıblar.

Zərf yalnız təcrübənin tamamlanmasından sonra açılıb.

Nəticədə NIST komandası G = 6.67387 × 10⁻¹¹ dəyərini əldə edib. Bu göstərici 2007-ci ildə Fransada aparılmış oxşar təcrübənin nəticəsindən 0,0235 faiz aşağıdır. Fərq gündəlik həyatda əhəmiyyətsiz olsa da, fundamental fizika üçün ciddi uyğunsuzluq sayılır. 

Alimlər hesab edirlər ki, səbəb təcrübədə hələ nəzərə alınmayan çox kiçik amil ola bilər. Bununla belə, nəticə 225 ildən çoxdur davam edən “böyük G” sirrini yenidən gündəmə gətirib. 

Murad İsmayıl 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026