• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Pakistan-Əfqanıstan qarşıdurması güclənir: Yeni hərbi eskalasiya olacaq?

DÜNYA

21 Sentyabr 2026 | 15:30 | Müəllif: Qalib İbrahimoğlu

Pakistan-Əfqanıstan qarşıdurması güclənir: Yeni hərbi eskalasiya olacaq?

Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində bir yaşayış binası dağılıb və azı 3 nəfər ölüb. Zərbə bu gecə vilayətin Nurqal rayonunda endirilib. Hadisə ilə bağlı Pakistan tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Onu da qeyd edək ki, bir müddət əvvəl Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı Taliban hökuməti ilə hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu açıqlamışdı.

Pakistanın Əfqanıstana hücumu iki ölkə arasında münasibətləri gərginləşdirə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Taleh Əliyev bildirib li, Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistanla Taliban arasında bir neçə dəfə qısamüddətli olsa da, müharibə yaşanıb. Bu, təxminən bir həftə və ya 10 gün davam edib:

"Əsasən Pakistan tərəfindən Əfqanıstan ərazisində yerləşən Pakistan Talibanı adlandırılan hərbi qruplaşmaya qarşı hava zərbələr endirilib. Bu zərbələrə qarşı Əfqanıstan Talibanı, yəni faktiki Əfqanıstan hökuməti tərəfindən cavab zərbələri olub, bəzən isə bəyanatlarla kifayətlənmə halları müşahidə olunub”.

Taleh Əliyev:  Oxşar hərbi zərbələr Pakistan tərəfindən Əfqanıstana qarşı intensiv xarakter alarsa...

Müsahibimiz hazırkı mərhələdə yaşanan gərginliyin yeni hərbi eskalasiyanın baş verməsinə gətirib çıxaracağını düşünmür, Hesab edir ki, Əfqanıstan hakimiyyəti qüvvələr nisbətinin tam fərqindədir və Pakistan kimi qüdrətli bir ölkə ilə uzunmüddətli müharibənin aparılması heç də bütün ölkəyə tam nəzarəti bərpa edə bilməyən Əfqanıstan hakimiyyəti üçün yeni bir müharibə dalğasının başlaması üçün əsas vermir.

Politoloqun fikrincə, oxşar hərbi zərbələr Pakistan tərəfindən Əfqanıstana qarşı intensiv xarakter alarsa, o zaman heç şübhəsiz ki, Əfqanıstan tərəfinin də cavab zərbələrinin, əks-həmlələrinin şahidi ola bilərik:

“Amma hazırkı vəziyyətin yeni və irimiqyaslı hərbi münaqişəyə çevrilməsi ehtimalı azdır”.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR