• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sabunçuda 10 otaqlı evdə yanğın - Video

HADİSƏ

21 Sentyabr 2026 | 09:09 | Müəllif: Əli Hüseynov

Sabunçuda 10 otaqlı evdə yanğın - Video

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansardında bir otağın yanar konstruksiyaları 20 kv.m və 1-ci mərtəbədə bir otağın tavanı 16 kv.m sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026