• Bakı 22° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Tədbirdə üzərinə LED ekran aşan qadının SON DURUMU AÇIQLANDI

CƏMİYYƏT

21 Sentyabr 2026 | 12:06 | Müəllif: Günəş Mərd

Tədbirdə üzərinə LED ekran aşan qadının SON DURUMU AÇIQLANDI

20.09.2026-cı il tarixində saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 20.09.2026-cı il tarixində saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.

Xatırladaq ki, Bakıda Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı təhlükəli hadisə baş vermişdi. İştirakçıların üzərinə iri LED ekran aşmış və hadisə nəticəsində bir qadın ağır xəsarət almışdı.

Günəş Mərd

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026