• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Afra Saraçoğlu sərbəst buraxıldı

ŞOU

22 Sentyabr 2026 | 00:04 | Müəllif: Subhan Mahmudov

Afra Saraçoğlu sərbəst buraxıldı

Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılan türkiyəli aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Bakırköy Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılmışdı.

Saraçoğlu əvvəlcə Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb.

Aktrisanın menecer şirkəti məsələ ilə bağlı açıqlama yayıb:

“Afra Saraçoğlu xarici səfərini başa vuraraq hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurların tamamlanmasının ardından sərbəst buraxılıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026