Azərbaycan Ordusunun şəhid zabitləri - mayor Elnur Əliyev və general-mayor Polad Həşimovun illər əvvəl çəkilmiş arxiv fotosu üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, foto toy məclislərindən birində lentə alınıb. Kadrlarda Elnur Əliyev və Polad Həşimovun bir arada olduğu görünür.
Hər iki hərbçinin həyat yolu Azərbaycan Ordusunun tarixində xüsusi iz buraxıb.
Elnur Əliyev 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub. Mayor rütbəsində xidmət edən Elnur Əliyev 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. Döyüş zamanı əsgər yoldaşlarını qorumaq üçün özünü qumbaranın üzərinə ataraq onların həyatını xilas edib. Ölümündən sonra “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.
Polad Həşimov isə 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Hərbi xidmət illərində müxtəlif vəzifələrdə çalışaraq general-mayor rütbəsinədək yüksəlib. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Əli Hüseynov
















