• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Tehrandan Vaşinqtona sərt mesaj

DÜNYA

22 Sentyabr 2026 | 09:03 | Müəllif: Əli Hüseynov

Tehrandan Vaşinqtona sərt mesaj

“Əgər münaqişə şiddətlənərsə, müharibənin coğrafiyasını dəyişdirəcəyik”.

Bakıvaxtı.az IRIB-ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mühibbi deyib.

“Müharibənin coğrafiyasını mütləq dəyişdirəcəyik. Meydana yeni imkanlara malik yeni silahlar yerləşdirəcəyik. Dünya silahlarımızın gücünə və dəqiqliyinə şahid olacaq və heyran qalacaq”, - Mühibbi əlavə edib.

O, yeni hədəflərə yönələ biləcəklərini də qeyd edib: “Hədəflərimizin əvvəlki kimi olması vacib deyil”.

Mühibbi vurğulayıb ki, SEPAH uzunmüddətli müharibəyə hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026