• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

“Lazeroloq Fərid”lə bağlı ARAŞDIRMA APARILIR

CƏMİYYƏT

22 Sentyabr 2026 | 11:46 | Müəllif: Əli Hüseynov

“Lazeroloq Fərid”lə bağlı ARAŞDIRMA APARILIR

Sosial şəbəkələrdə “Lazeroloq Fərid” adı ilə fəaliyyət göstərən şəxsin kosmetoloji xidmət göstərməsi ilə bağlı məsələ araşdırılır.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Bakıvaxtı.az-ın sorğusuna cavabında bildirilir.

Mərkəzin məlumatında qeyd olunur ki, “Lazeroloq Fərid” adı ilə fəaliyyət göstərən şəxs tərəfindən kosmetoloji xidmətin, o cümlədən lazer epilyasiyasının göstərilməsi ilə bağlı daxil olmuş jurnalist sorğusu aidiyyəti üzrə araşdırılır.

Məsələnin ətraflı araşdırılması məqsədilə Analitik Ekspertiza Mərkəzi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə müraciət edib.

Rəsmi məktubda həmin şəxsin fəaliyyət göstərdiyi təsərrüfat obyektinin VÖEN-i, rəsmi qeydiyyatda olan fəaliyyət ünvanı və vergi orqanlarının uçot bazasında vergi ödəyicisinin fəaliyyət növləri barədə məlumatların Mərkəzə təqdim edilməsi xahiş olunur.

Xatırladaq ki,“Lazeroloq Fərid” adı ilə fəaliyyət göstərən şəxsin sosial şəbəkədə kosmetoloji prosedur zamanı qadının intim görüntülərini paylaşması ilə bağlı material yayımlamışdı.

Həmin xəbərdə sözügedən şəxsin peşə fəaliyyəti üçün zəruri tələblərə cavab verib-verməməsi, xidmət göstərilən obyektin hüquqi statusu, müvafiq lisenziya və icazələrin olub-olmaması, eləcə də görüntülərin paylaşılmasına razılıq məsələləri ilə bağlı aidiyyəti qurumların mövqeyinin öyrənilməsinin vacibliyi qeyd edilmişdi.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026