• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ukraynada azərbaycanlı polis rəisinin otağı vuruldu

DÜNYA

22 Sentyabr 2026 | 10:37 | Müəllif: Əli Hüseynov

Ukraynada azərbaycanlı polis rəisinin otağı vuruldu

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron rəisin otağını hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə dağılıb.

R.Vəliyev təhlükə hiss edən kimi otağı tərk etdiyi üçün xəsarət almayıb. İdarədə olan polislər arasında ölən olmayıb.

Qeyd edək ki, Rüstəm Elçin oğlu Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026