Şimali Koreya Raket İstehsalı Baş İdarəsi ölkənin ən yeni silah sistemini uğurla sınaqdan keçirib.
Bakıvaxtı.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, ölkə lideri Kim Çen In keçirilən sınaqları müşahidə edib.
Kim Çen İn çıxışında "Bu, ölkənin müdafiə sahəsində qabaqcıl texniki potensialının və silahlı qüvvələrin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinin şübhəsiz nümayişidir" sözlərini qeyd edib.
Silahın növü və xüsusiyyətləri haqqında təfərrüatlar açıqlanmayıb.
Yeni döyüş sisteminin sınaqdan keçirilməsinin qonşu dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi vurğulanıb.
Gülşən Şərif
















