“Trabzonspor”un futbolçusu Məhəmməd Salahın fotosunu çəkdirdiyi qaya Türkiyədə turistlərin yeni maraq məkanına çevrilib.
Bakıvaxtı.az “Sports.ru”ya istinadən xəbər verir ki, Trabzon ətrafında yerləşən və artıq “Salah qayası” adlandırılan əraziyə ekskursiyalar təşkil olunmağa başlayıb.
Misirli futbolçu bir müddət əvvəl həmin qayanın üzərində çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra məkan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib.
Hazırda qayaya xüsusi ekskursiyalar təşkil olunur. Gün ərzində isə ərazidə həm insanların, həm də avtomobillərin növbəsi yaranır.
Beləliklə, Salahın sosial şəbəkədə paylaşdığı bir foto Trabzon yaxınlığındakı həmin məkanın qısa müddətdə turistlərin üz tutduğu populyar yerlərdən birinə çevrilməsinə səbəb olub.
















