• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ İran jurnalistlərini BMT Baş Assambleyasına buraxmadı

DÜNYA

21 Sentyabr 2026 | 22:28 | Müəllif: Subhan Mahmudov

ABŞ İran jurnalistlərini BMT Baş Assambleyasına buraxmadı

ABŞ İran Prezidenti Məsud Pezeşkianın media qrupunda yer alan iranlı jurnalistlərə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasını işıqlandırmaq üçün viza verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

    O, Vaşinqtonu həqiqəti gizlətməyə və söz azadlığı hüququnu pozmağa cəhd göstərməkdə ittiham edib.

    “Administrasiya qapıları, hətta bu və ya digər səbəbdən bəyənmədiyi amerikalı jurnalistlərin üzünə belə bağladıqda, xarici müxbirlərin, o cümlədən səsini boğmağa üstünlük verdiyi İran prezidentinin media qrupunun girişini məhdudlaşdırdıqda, bu, sadəcə girişə nəzarət etmək deyil. Onlar həqiqəti gizlətməyə və informasiya əldə etmək hüququnu pozaraq dezinformasiya kampaniyalarını davam etdirməyə çalışırlar”, - Bəqai bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR