• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR

CƏMİYYƏT

22 Sentyabr 2026 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 22-də Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər


"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026