• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı

DÜNYA

22 Sentyabr 2026 | 00:52 | Müəllif: Subhan Mahmudov

ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı

ABŞ-ın Nyuark və Filadelfiya beynəlxalq hava limanlarında avadanlıq nasazlığı səbəbindən uçuşlar müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Filadelfiyadakı hava hərəkətini idarəetmə mərkəzində elektrik dövrəsinin sıradan çıxdığı, ehtiyat rabitə xəttinin isə Nyu-Cersidə aparılan tikinti işləri zamanı kəsildiyi bildirilib.

Ölkə üzrə 400-dən çox reys ləğv olunub, 4 mindən çox uçuş gecikib. Nyuark hava limanında 280-dən çox reys təxirə salınıb. Bəzi təyyarələr alternativ hava limanlarına yönləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026