• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Xaricdə yaşayan soydaşlarımız üçün "Ana dili - Azərbaycan məktəbi"

CƏMİYYƏT

21 Sentyabr 2026 | 18:47 | Müəllif: Subhan Mahmudov

Xaricdə yaşayan soydaşlarımız üçün "Ana dili - Azərbaycan məktəbi"

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.

Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə, milli kimliyini daha yaxından tanımasına, milli şüurlu insan kapitalının formalaşdırılmasına və qorunmasına dəstək göstərməkdir.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Layihə 6–18 yaş aralığında iştirakçılar üçün nəzərdə tutulub və üç yaş qrupu üzrə təşkil olunur:

•    6–10 yaş;
•    11–13 yaş;
•    14–18 yaş.

Onlayn dərslərə 25 sentyabr 2026-cı il tarixindən başlanılacaq. Dərslər həftədə iki dəfə keçiriləcək və təcrübəli müəllimlər tərəfindən interaktiv formada təşkil olunacaq. Tədris proqramı başlanğıc, orta və yüksək olmaqla üç səviyyə üzrə hazırlanıb.

İştirakçılar yaş qruplarına, Azərbaycan dili üzrə bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər. Qruplaşdırma üçün əvvəlcədən qısa dil yoxlaması keçiriləcək.

Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyələrinə uyğun sertifikat təqdim olunacaq.

Layihədə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://tinyurl.com/mr3h4esj


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR