Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin daimi nümayəndələri rusiyalı iş adamları Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılması barədə ilkin razılığa gəliblər.
Bakıvaxtı.az bu barədə Reuters-ə istinadən xəbər verir. Qeyd olunub ki, yaxın saatlarda üzv ölkələrin hökumətlərindən heç biri etiraz etməsə, qərar qüvvəyə minəcək.
Bu razılaşma minlərlə digər Rusiya vətəndaşı və hüquqi şəxsin barəsində fərdi sanksiyaların müddətinin adi altı və ya 12 ay əvəzinə üç il uzadılmasını nəzərdə tutan kompromisin tərkib hissəsidir.
Agentliyin məlumatına görə, Fransa və Slovakiya Usmanova, Lüksemburq isə Fridmana qarşı sanksiyaların ləğvini dəstəkləyib.
















