• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu qoçu 1 milyon dollara satdılar

CƏMİYYƏT

21 Sentyabr 2026 | 16:19 | Müəllif: Əli Hüseynov

Bu qoçu 1 milyon dollara satdılar

Qırğızıstanda ətlik-piylik “Araşan” cinsindən olan bir qoç 1 milyon dollara satılıb.

Bakıvaxtı.az xəbər verir ki, heyvan 2023-cü ildə Qazaxıstandan 150 min dollara alınmış "Frenkel" ləqəbli qoçun nəslindəndir.

Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, böyük məbləğli sövdələşmə Qırğızıstan, Rusiya, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin iştirak etdiyi beynəlxalq festival çərçivəsində baş tutub. Tədbir “Araşan” cinsinin inkişafına həsr olunub.

Bu cins Qırğızıstanda 2021-ci ildə rəsmi qeydiyyata alınıb. Onun yaradılması üzərində işlər 1970-ci illərdə Çuy vilayətindəki Maşın Sınaq Stansiyasında başlayıb. Seleksiya işlərində Tacikistandan gətirilmiş Hisar qoçlarından və yerli qaba yunlu ana qoyunlardan istifadə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, “Araşan” cinsi zərif və şirəli ətin, eləcə də quyruq piyinin yüksək məhsuldarlığı ilə fərqlənir.

Bu cins yüksək dağlıq ərazilərin və vadilərdəki çöl şəraitinin tələblərinə uyğunlaşdırılıb. Qoyunlar dözümlüdür, otlaqlarda uzunmüddətli yaylaq şəraitinə yaxşı uyğunlaşır, eyni zamanda tövlə şəraitində də saxlanıla bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR