• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Saxta COVID sertifikatı aldığını etiraf etdi, millidən uzaqlaşdırıldı

İDMAN

21 Sentyabr 2026 | 23:11 | Müəllif: Subhan Mahmudov

Saxta COVID sertifikatı aldığını etiraf etdi, millidən uzaqlaşdırıldı

İsveçrə milli komandasının kapitanı Qranit Caka pandemiya dövründə saxta COVID-19 sertifikatı əldə etdiyini etiraf edib və milli komandadan uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli futbolçu “Instagram” hesabında bəyanat yayaraq peyvəndə inamsızlıq göstərdiyini və səhv addım atdığını etiraf edib.

Faktla bağlı Lüsern kantonunun prokurorluğu tərəfindən sənəd saxtakarlığı maddəsi ilə Caka və ona sertifikat təmin edən həkimə qarşı cinayət işi açılıb. İsveçrə qanunvericiliyinə əsasən, futbolçunu cərimə və ya 5 ilədək həbs cəzası gözləyə bilər.

Yaranmış skandal səbəbindən İsveçrə Futbol Federasiyası ulduz yarımmüdafiəçini milli komandanın toplanışından kənarlaşdırıb. Caka qarşıdakı 4 matçı (Şimali Makedoniya, Şotlandiya, Sloveniya) buraxacaq. Onun yığmadakı gələcək taleyi isə oyunlardan sonra müəyyənləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026