Cəlilabad rayonu ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.
Yanğın baş verən ərazidə quru ot kütləsi üstünlük təşkil etdiyi üçün yanğın genişlənməkdə davam edir.
















