• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİB

SİYASƏT

21 Noyabr 2026 | 11:27 | Müəllif: Əli Hüseynov

İlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİB

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam dedi:

-Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri, Vyetnama rəsmi səfərə xoş gəlmisiniz. Mənə məlumat verildi ki, bu, Sizin bizim ölkəyə ikinci səfərinizdir. Bu da Sizin Vyetnama və onun xalqına bəslədiyiniz səmimi münasibətin göstəricisidir. Mən tam əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək, onları daha da dərinləşdirəcək, məzmunlu və səmərəli edəcək.

Ötən ilin mayında Azərbaycana dövlət səfərimiz zamanı Sizin, birinci xanımın, Birinci vitse-prezidentin, ailənizin və Azərbaycan xalqının mənə, Vyetnamın birinci xanımına və Vyetnamın yüksəksəviyyəli nümayəndə heyətinin səmimi şəkildə qəbulundan və qarşılanmasından çox məmnun oldum və bunu yüksək qiymətləndirirəm.

Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik.

Uzunmüddətli ənənəvi dostluğumuz hər iki ölkədə nəsillər boyu liderlər və xalqlar tərəfindən qorunub-saxlanılıb və inkişaf etdirilib. Vyetnam keçmişdə milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə, həmçinin hazırkı milli inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırlayır və yüksək qiymətləndirir.

2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır.

Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq.

İndi isə cənab Prezident, çıxış üçün sözü Sizə vermək istəyirəm.

***

09:03

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.

Bu barədə eeeeee Prezidentin Mətbuat Xidmətinə istinadla xəbər  verir.


İlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİBİlham Əliyev To Lamla geniş tərkibdə görüşdü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR