• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Sərxoş kişi kimyəvi məhlul içdi, təcili Bakıya gətirildi

HADİSƏ

22 Sentyabr 2026 | 13:23 | Müəllif: Əli Hüseynov

Sərxoş kişi kimyəvi məhlul içdi, təcili Bakıya gətirildi

Kürdəmir sakini kimyəvi məhluldan zəhərlənib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Atakişili kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Çingiz oğlu Mahmudov evində səhvən essensial turşusu (sirkə) içib.

O, təcili olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan təcili tibbi yardım briqadası vasitəsilə Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, E.Mahmudov sərxoş vəziyyətdə olub və səhvən essensial turşusunu içib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026