• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Moldova hökuməti fövqəladə vəziyyət elan edib

DÜNYA

22 Sentyabr 2026 | 13:24 | Müəllif: Gülşən Şərif

Moldova hökuməti fövqəladə vəziyyət elan edib

Moldova hökuməti enerji və hidrologiya sektorlarında fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Vasile Tofan məlumat verib.

O, bildirib ki, bu addım hakimiyyət orqanlarının vətəndaşların enerji və su ehtiyatlarına çıxışını təmin etmək üçün tez bir zamanda tədbirlər görməsi üçün zəruridir. 

Ölkənin energetika naziri Dorin Yunqetunun sözlərinə görə, regional hadisələr və Avropa birjalarında qaz qiymətlərinin artması fonunda istehlakçıların yaxın gələcəkdə ödəyəcəyi qiymətin artması riski var. 

Yeni qərarda enerji və hidrologiya sektorlarında 26 sentyabrdan etibarən 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi nəzərdə tutulub. Qərar layihələri baxılmaq üçün parlamentə təqdim ediləcək.

Xatırladaq ki, 28 iyuldan etibarən Moldova enerji və hidrologiya sektorlarında yüksək hazırlıq vəziyyətindədir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026