• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Həyəcanla mükafat gözləsə də, ala bilmədi... - Video

ŞOU

22 Sentyabr 2026 | 13:32 | Müəllif: Əli Hüseynov

Həyəcanla mükafat gözləsə də, ala bilmədi... - Video

Türkiyənin 27-ci dəfə baş tutan “Sadri Alışık Tiyatro ve Sinema Oyuncu Ödülleri” gecəsində teatr və kino sahəsində uğur qazanan aktyorlar mükafatlandırılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecənin diqqət çəkən simalarından biri aktrisa Alina Boz olub.

İlk dəfə mərasimdə iştirak edən Boz gecədə “İkinci planda ilin ən uğurlu qadın aktyoru” kateqoriyasında namizəd olub.

Aktrisanın həyat yoldaşı Umut Evirgen də gecədə ona dəstək olmaq üçün iştirak edib. Evirgen Alinanın namizədliyindən qürur duyaraq həyat yoldaşından daha çox həyəcanlanıb. 

Mərasimdə Alina Bozun namizəd olduğu kateqoriyanın qalibinin elan edilməsi zamanı həyat yoldaşına dəstək olan Umut Evirgen qalibin açıqlanacağı anda telefonunun kamerasını işə salaraq həmin anı lentə almağa başlayıb.

Lakin nəticə Alina Boz üçün gözlənilən olmayıb. Kateqoriyada mükafat Ceren Narinoğluna təqdim edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026