• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Silva: Trampın digər ölkələri idarə etmək hüququ yoxdur

DÜNYA

22 Sentyabr 2026 | 14:11 | Müəllif: Gülşən Şərif

Silva: Trampın digər ölkələri idarə etmək hüququ yoxdur

ABŞ Prezidenti Donald Trampın öz iradəsini digər ölkələrə tətbiq etmək və ya onları nəzarət altına almağa cəhd etmək hüququ yoxdur.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasio Lula da Silva deyib.

Onun sözlərinə görə, Tramp ABŞ prezidenti seçilib, onun ABŞ-ni idarə etmək hüququ var. Lakin digər ölkələri idarə etmək və öz iradəsini qəbul etdirmək hüququ yoxdur.

Braziliya prezidenti həmçinin hazırkı ABŞ administrasiyasının yürütdüyü sərtləşdirilmiş tarif siyasətinə qarşı ticarət məsələləri üzrə dialoqun vacibliyini vurğulayıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR