• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Peskov: Zelenski Putinlə görüşmək istəsə...

SİYASƏT

23 Sentyabr 2026 | 13:36 | Müəllif: Əli Hüseynov

Peskov: Zelenski Putinlə görüşmək istəsə...

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Moskvada keçirilə bilər və Ukrayna liderinə təhlükəsizlik zəmanəti veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Onun sözlərinə görə, əks halda iki ölkə liderinin görüşü vaxt itkisinə çevrilə bilər.

    Peskov bildirib ki, Moskva Zelenskinin Rusiya paytaxtına gəlməsi halında onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

    Rusiya rəsmisi daha əvvəl də Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə, Moskvaya gələ biləcəyini və bununla bağlı dəvətin qüvvədə qaldığını bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2026