Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ölkə parlamentində ABŞ-la TRIPP layihəsi üzrə sazişin ratifikasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı hökuməti təmsil edəcək.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərarı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan imzalayıb.
Qərara əsasən, Mirzoyan Ermənistan parlamentində ABŞ-la TRIPP regional nəqliyyat layihəsi üzrə sazişin ratifikasiyası haqqında qanun layihəsinə baxılması zamanı hökumətin nümayəndəsi olacaq.
Qeyd edək ki, Ermənistan və ABŞ arasında TRIPP üzrə çərçivə sazişi iyunun 4-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən imzalanıb. Ermənistan hökuməti iyul ayında sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.
















