• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əli Əsədov qərar imzaladı

SİYASƏT

27 Noyabr 2026 | 15:27 | Müəllif: Əli Hüseynov

Əli Əsədov qərar imzaladı

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üç ay müddətində "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR