• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bella Hadid daha üç xəstəliyini açıqladı

İQTİSADİYYAT

27 Noyabr 2026 | 09:14 | Müəllif: Əli Hüseynov

Bella Hadid daha üç xəstəliyini açıqladı

Uzun illərdir Laym xəstəliyindən (gənə borreliozu) əziyyət çəkən dünyaca məşhur supermodel Bella Hadid ilk dəfə olaraq daha üç ciddi sağlamlıq problemi ilə mübarizə apardığını etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı model Laym xəstəliyi ilə yanaşı, POTS (postural ortostatik taxikardiya sindromu), ağır premenstrual disforik pozğunluq (PMDD) və endometrioz diaqnozları ilə yaşadığını bildirib.

Sağlamlıq problemlərinin həm gündəlik həyatına, həm də peşəkar fəaliyyətinə ciddi təsir göstərdiyini deyən Hadid podiumda yaşadığı çətinliklərdən danışıb: “Bəzən özümü çox yaxşı hiss edirəm, amma ən uyğun olmayan anda bədənim məni yarı yolda qoyur. Podiumda necə yeriməyi yaxşı bilirəm, bacardığım ən yaxşı iş budur. Lakin üzərimizdə böyük təzyiq var və hamımızın özünəinam hissinin sarsıldığı məqamlar olur”.

Qeyd edək ki, POTS ayağa qalxdıqda ürək döyüntülərinin kəskin artmasına, PMDD və endometrioz isə ağır fiziki ağrılara və emosional tükənməyə səbəb olur. 2015-ci ildən Laym xəstəliyi ilə mübarizə aparan model əvvəlki açıqlamalarında da bu prosesin onu psixoloji cəhətdən tənhalaşdırdığını və eyni vəziyyəti yaşamayan insanların onun keçirdiyi hissləri anlamasının çətin olduğunu vurğulamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026