• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gürcüstanda torpaq sürüşməsi oldu - VİDEO

DÜNYA

26 Noyabr 2026 | 18:42 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda torpaq sürüşməsi oldu - VİDEO

Gürcüstanın Tsageri bələdiyyəsinin Laylaşi kəndində torpaq sürüşməsi baş verib və nəticədə müvafiq xidmətlər əhalini fəlakət zonasından təcili olaraq təxliyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilir ki, bölgədə son zamanlar yağan güclü yağışlar müvəqqəti olaraq sabitləşdirilmiş genişmiqyaslı sürüşmə obyektinin konturu daxilində ikinci dərəcəli generasiyanın ayrı-ayrı sahələrinin aktivləşməsinə səbəb olub. Sürüşmə nəticəsində 17 yaşayış binasına və həyətyanı sahələrə ziyan dəyib.

Milli Ətraf Mühit Agentliyinin bir qrup geoloqu mövcud vəziyyəti vaxtında qiymətləndirmək üçün səhərdən bəri hadisə yerindədir. Agentliyin mütəxəssisləri hazırda ətraf ərazidə monitorinq aparır, hər bir vətəndaşın ev və yaşayış binasını qiymətləndirirlər.

Təhlükəsizlik məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölmələri də ərazidədir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR