• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ-də 2900-dən çox reys təxirə salındı

DÜNYA

27 Noyabr 2026 | 10:04 | Müəllif: Gülşən Şərif

ABŞ-də 2900-dən çox reys təxirə salındı

ABŞ-nin şərq hissəsində baş verən güclü fırtına hava nəqliyyatında ciddi fasilələrə səbəb olub.

Bakıvaxtı.az "FlightAware" portalına istinadən xəbər verir ki, ölkə üzrə 2462 aviareys təxirə salınıb, 459 reys isə tamamilə ləğv edilib. 

Beləliklə, əlverişsiz hava şəraiti 2900-dən çox uçuşa təsir göstərib.

Bundan başqa, şiddətli külək və yağış səbəbindən 760 mindən çox istehlakçı elektrik enerjisiz qalıb.

Nyu-York şəhərində və Nyu-Cersi ştatında gözlənilən güclü yağış və küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026