• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ermənistanın 30 illik siyasətinin “izləri” - MÜHÜM AÇIQLAMA

SİYASƏT

23 Sentyabr 2026 | 12:22 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın 30 illik siyasətinin “izləri” - MÜHÜM AÇIQLAMA

“Ermənistanın Azərbaycana qarşı otuz il davam etmiş hərbi təcavüzü bir sıra tərkib hissələrinə malikdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq XİN başçısı bildirib ki, ərazilərimizin silahlı işğalı Ermənistanın dövlət, hətta milli siyasətinin yalnız bir hissəsidir. Onun sözlərinə görə, öz əsgərlərinə qonşu ölkənin ərazisini zəbt etməyə başlamaq əmrini vermək üçün toplumun şüuruna elə tarixi, ideoloji və mənəvi narrativlər yeritmək lazımdır ki, orduya gəlmiş 18 yaşlı gənc heç bir şübhə və mənəvi tərəddüd etmədən cinayətkar əmrləri icra edə bilsin. Müsahibimiz qeyd edib ki, buna görə də Azərbaycan bu strukturların ardıcıl şəkildə ləğvini həyata keçirəndə, revanşizmin gizli və aşkar tərəfdarları Ermənistan mediasında, o cümlədən hökumətyönlü KİV-də gördüyümüz isterikanı yaratdılar:

“Burada belə bir nəticə çıxır ki, Ermənistan hakimiyyətinin sülh gündəliyinə sadiqliyini bəyan etməsinə baxmayaraq, Azərbaycana qarşı təcavüz və ilhaq siyasətinin “atavizm”lərini (köhnə təfəkkürün mutasiyası) gizli şəkildə qoruyub saxlamağa çalışır”.

Tofiz Zülfüqarov, sabiq xarici işlər naziri

T.Zülfüqarov Ermənistan tərəfinin işğal siyasətinin müəyyən elementlərini saxlamağa çalışmasını belə şərh edib:

“Azərbaycanlı məcburi köçkünlərin öz doğma ocaqlarına təhlükəsiz qayıdışına maneələr yaratmaq, minalanma xəritələrini gizlətmək, ilhaq siyasətini təmin edən normativ müddəaları qüvvədə saxlamağa çalışmaq, yalançı tarixi, ideoloji konsepsiyaları gündəmə gətirmək, hərbi cinayətlərə görə məsuliyyətdən yayınmaq siyasəti yürütmək və s. məqamlar Ermənistanın Azərbaycana qarşı təcavüz və ilhaq siyasətinin elementlərini gizli şəkildə qoruyub saxlamağa çalışdığını göstərir. Diplomatik korpus nümayəndələrinin işğalından azad edilmiş ərazilərinə təşkil edilən növbəti səfəri ilə bağlı qaldırılan isteriyanın arxasında bax, bunlar dayanır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026