• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Qazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLAR

HADİSƏ

22 Sentyabr 2026 | 21:41 | Müəllif: Subhan Mahmudov

Qazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLAR

Səhiyyə Nazirliyinin balansında olan Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ümumilikdə 98 pasiyentin müalicə aldığı ikimərtəbəli binanın mətbəxində qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Operativ tədbirlər nəticəsində yanğın zonasına yaxın mərtəbədə olan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub, xəsarət alan olmayıb.

Pasiyentlərin qidalanmasını təmin etmək üçün müəssisədə 5 günlük ərzaq ehtiyatı formalaşdırılıb. Mətbəx bərpa edilənədək tibb müəssisəsinin həyətində 50 nəfərlik çadır qurulub və müvəqqəti mətbəx yaradılıb.

Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Qazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLARQazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLARQazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLARQazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLARQazaxda Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə olundu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR