• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Özünü PA əməkdaşı kimi təqdim etdi, 200 min "pul atdı"

HADİSƏ

22 Sentyabr 2026 | 17:54 | Müəllif: Əli Hüseynov

Özünü PA əməkdaşı kimi təqdim etdi, 200 min "pul atdı"

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, özünü Prezident Administrasiyasının məsul əməkdaşı kimi təqdim etmiş Nərmin Məhərrəmovaya (soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, N.Məhərrəmova işədüzəltmə, diplom alma, pul nağdlaşdırma, qızıl biznesi, lombarddan qızıl çıxarmaq kimi vədlərlə 6 nəfərdən 200 min manata yaxın pul alıb. Şikayətçilərdən bəzilərinin sözlərinə görə, Nərmin özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib və yüksəkvəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək inam yaradıb.

Sonradan isə onun Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən, köhnə "Lider TV" kimi tanınan binada fəaliyyət göstərən Azərbaycan Həmrəylik Partiyasında işləməsi məlum olub. Dələduzluqla üzləşmiş şəxslərdən bir neçəsi oraya gedərək pullarını tələb ediblər. Onlar pullarını geri ala bilmədiklərini görərək polisə müraciət ediblər və Nərmin barəsində Cinayət Məcəlləsinin 178.32-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Məhkəmədə partiyanın sədri Əlisahib Hüseynov ifadə verərək Nərmini və atasını tanıdığını, lakin onun həmin təşkilatda işləmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə 6 il həbs cəzası verilib. Onun zərərçəkmişlərdən birinə vurduğu 143 min manatlıq mülki iddia da təmin edilib. Vəsaitin Nərmin Məhərrəmovadan tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR