• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Beşiktaş"ın hücumçusu zədələndi

İDMAN

22 Sentyabr 2026 | 16:42 | Müəllif: Əli Hüseynov

"Beşiktaş"ın hücumçusu zədələndi

“Beşiktaş”ın serbiyalı hücumçusu Dusan Vlahoviç zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı futbolçunun sağ budunun arxa əzələsində gərilmə aşkarlanıb.

Serbiya millisinin heyətinə çağırılsa da, Vlahoviçin riskə atılmayacağı və UEFA Millətlər Liqasının 4 oyununda iştirak etməyəcəyi bildirilib.

Futbolçu milli komandaya qoşulmayaraq İstanbulda qalacaq və klubun tibbi heyətinin nəzarəti altında müalicə və fərdi məşqlərini davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR